Azərbaycanda baş tutan toy məclislərindən birində maraqlı hadisə yaşanıb.
Aktual.az axşam.az-a istinadən xəbər verir ki, gülatma zamanı gəlin gözlənilməz hərəkət edib. Toyun sonunda məclisdəki gənclər gül dəstəsini tutmaq üçün gəlinin arxasına yığışıblar. Bu zaman isə Aytac adlı xanım öz gül dəstəsi əvəzinə yüzdən çox qızılgülün olduğu buketi qucağına alıb və insanlara tərəf atıb.
Sözügedən toydan görüntünü müğənni Kərim Abbasov İnstaqram səhifəsində paylaşıb. İnsanların marağına səbəb olan bu hərəkətə müsbət rəylər yazılıb.
Xəbər 2126 dəfə oxunub.