Azərbaycanda terror təhlükəsi varmı? - RƏSMİ

Azərbaycanda terror təhlükəsi varmı?   - RƏSMİ

"Azərbaycan Respublikasının milli maraqları və təhlükəsizliyinə mümkün təhlükələrin, təhdidlərin qarşısının alınması üçün Milli Təhülkəsizlik Nazirliyi (MTN) digər aidiyyəti hüquq-mühafizə orqanları ilə birlikdə bütün zəruri qabaqlayıcı tədbirləri həyata keçirir".

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu MTN-in İctimai Əlaqələr İdarəsinin rəisi Arif Babayev deyib.

Onun sözlərinə görə, əməliyyat şəraitinə nəzarət olunur.

Daxili İşlər Nazirliyindən (DİN) isə bildiriblər ki, terrorizmə qarşı mübarizə heç də bir dövlətin işi deyil: “Terrorizmə qarşı bütün dövlətlər birgə mübarizə aparmalıdır”.

Qeyd edək ki, Parisdə baş verən atışma və partlayışlar nəticəsində ölənlərin sayı 150 nəfəri ötüb.

Xəbər 557 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR