"Azərbaycan Respublikasının milli maraqları və təhlükəsizliyinə mümkün təhlükələrin, təhdidlərin qarşısının alınması üçün Milli Təhülkəsizlik Nazirliyi (MTN) digər aidiyyəti hüquq-mühafizə orqanları ilə birlikdə bütün zəruri qabaqlayıcı tədbirləri həyata keçirir".
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu MTN-in İctimai Əlaqələr İdarəsinin rəisi Arif Babayev deyib.
Onun sözlərinə görə, əməliyyat şəraitinə nəzarət olunur.
Daxili İşlər Nazirliyindən (DİN) isə bildiriblər ki, terrorizmə qarşı mübarizə heç də bir dövlətin işi deyil: “Terrorizmə qarşı bütün dövlətlər birgə mübarizə aparmalıdır”.
Qeyd edək ki, Parisdə baş verən atışma və partlayışlar nəticəsində ölənlərin sayı 150 nəfəri ötüb.