2023-cü ildə Azərbaycan Mərkəzi Bankı (AMB) 10 milyard 638,7 milyon manat məbləğində səhm və istiqrazların dövlət qeydiyyatını həyata keçirib.
Bu barədə
Aktual.az-a qurumdan bildirilib.
Məlumata görə, bu, 2022-ci illə müqayisədə 17,7 % çoxdur.
Bundan başqa, ötən il korporativ qiymətli kağızların kütləvi təklifi üzrə ümumi məbləği 548,2 milyon manat (34 % az) olan 34 emissiya prospekti (3 % çox) və 4 informasiya memorandumu (4 dəfə çox) təsdiq edilib.
Xəbər 481 dəfə oxunub.