Azərbaycanda teletibb xidmətləri tətbiq olunacaq

Azərbaycanda teletibb xidmətləri tətbiq olunacaq

Şəxsin 15-20 dəqiqə müddətində çata biləcəyi ilkin tibbi xidmətlər göstərən müəssisənin olması təmin olunmalıdır.
Aktual.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında "İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda ictimai dinləmədə Səhiyyə Nazirliyinin Tibb müəssisələrinin Akkreditasiyası və keyfiyyətə nəzarət Mərkəzi PHŞ-ın İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra edən Şərafət İsmayılova deyib.
Şərafət İsmayılova bildirib ki, yerləşməsindən asılı olmayaraq bütün ilkin tibbi səhiyyə müəssisələrində eyni keyfiyyətdə xidmətlər təmin olunmalıdır: "Profilaktika hər zaman müalicədən daha ucuz və daha səmərəlidir. İlkin səhiyyə xidmətinin təkmilləşdirilməsi bizim səhiyyə xərclərimizi azaldacaq. İlkin səhiyyə xidməti 2 hissəyə bölünüb. Bura həkim olmayan ərazilərdə göstəriləcək tibbi yardım və həkim olan müəssisələrində göstəriləcək tibbi yardım daxildir. Həkim məntəqələri və tibb məntəqələri bu baxımdan regionlarda nəzərdə tutulub. Rayon mərkəzləri və şəhərlər üçün isə poliklinika modelini nəzərdə tutmuşuq. Bəzi ərazilərdə səyyar ilkin səhiyyə xidməti və teletibb xidmətləri tətbiq olunacaq. Qaydada bu xidmətin göstərilmə şərtləri nəzərdə tutulacaq. Teletibblə əlaqədar qanunvericilikdə müəyyən tənzimləmələrə ehtiyac var”.


Xəbər 69 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR