Azərbaycanda təhlükə: dağıdıcı sel hadisələri gözlənilir

Azərbaycanda təhlükə:   dağıdıcı sel hadisələri gözlənilir

Azərbaycanda iyul ayının ikinci yarısında, avqust və sentyabr aylarında sel hadisələri ola bilər.

Aktual.az v Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müaviniElbrus Əlizadə deyib.

Selin dağıdıcı təsir qüvvəsinin daşqının dağıdıcı təsir qüvvəsindən dəfələrlə çox olduğunu xatırladan E.Əlizadə qeyd edib ki, hazırda ölkənin çaylarında baş verənlər daşqın və qismən sel prosesləridir: "Yağıntılar davam edərsə, sel hadisələri iyul ayının ikinci yarısında, avqust və sentyabr aylarında ola bilər. Sel dağıdıcı prosesdir. Daha böyük sellərin olması üçün uzunmüddətli quraqlığın olması vacibdir. Bu da bizim ərazi üçün avqustun ikinci yarısı və sentyabr ayı üçün xarakterikdir. Hələlik baş verənlər isə sel xarakterli daşqınlardır".

E.Əlizadə qeyd edib ki, əvvəlki illərlə müqayisədə bu il daşqınların fəsadları daha çox olub.

İnstitut rəsmisinin sözlərinə görə, bu ilin yaz və yay aylarının əvvəlləri yağışların intensivliyi ilə seçilir: "Ona görə də dağ çaylarında daha çox daşqın hadisələri olur. Dəyən zərərlərin əskəriyyəti də daşqın hadisələrindən olub. Hələlik sırf xarakterik sel hadisəsi baş verməyib".

Qeyd edək ki, Azərbaycan sinoptikləri hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq ediblər. Belək ki, iyulun 13-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi iyulun 11-12-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.

Xəbər 504 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR