Fransanın Technip Maritime Overseas LTD şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv edilib.
Aktual.az azvision.az-a istinadən bildirir ki, bu barədə Vergilər Nazirliyinin rəsmi "Vergilər" qəzeti məlumat yayıb.
Technip Maritime Overseas LTD - neft avadanlıqlarının emalı, boru kəmərlərinin tikintisi ilə məşğul olur. Şirkətinin Bakı nümayəndəliyi 1993-cü ildə açılıb.
Məlumatda bildirilir ki, şirkətin kreditorları öz iddia və tələbləri ilə bağlı Bakı şəhəri, Nizami küçəsi 340 ünvanına müraciət edə bilərlər.