Azərbaycanda suüstü dronlar istehsal edildi

Azərbaycanda suüstü dronlar istehsal edildi

Azərbaycanda suüstü dronlar istehsal edilib.
Aktual.az xəbər verir ki, dronlar sentyabrın 24-də Bakı Ekspo Mərkəzində keçirilən V "ADEX-2024” Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində nümayiş olunur.
Bildirilib ki, dronların sınaqlarına başlanılıb. Bunlar kamikadze tipli suüstü dronlardır. "Kalan" və "Suqovuşan" adlanan dronlar yaxın vaxtlarda Azərbaycan Ordusunun sərəncamına veriləcək.
"Kalan"ın uzunluğu 1500 mm, eni 400 mm, əhatə dairəsi - 20 mil, sürəti 30 km/saat, partlayıcı hissənin tipi - TNT, partlayıcı hissənin ağırlığı 5 kq-dır.
"Suqovuşan"ın uzunluğu 2200 mm, eni 500 mm, çəkisi 60 kq, əhatə dairəsi - 20 mil, sürəti 50 km/saat, partlayıcı hissənin tipi - TNT, partlayıcı hissənin ağırlığı 10-15 kq-dır.
Xəbər 112 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR