Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun "ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2,8 milyard manat yaxın olub.
Aktual.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 % çoxdur.
O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 12,1 % artaraq 1,8 milyard manat təşkil edib.
Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 12,6 % artaraq 100 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 14,7 % artaraq 74,6 milyon manata çatıb.
İl ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 7,7 % artaraq 486,8 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 8,3 % artaraq 340,6 milyon manat olub.

Xəbər 512 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR