Azərbaycanda son 44 ilin anomal hadisəsi bu il təkrarlandı

Azərbaycanda son 44 ilin anomal hadisəsi bu il təkrarlandı

Azərbaycanın Aran rayonlarında son 44 ildə ilk dəfə olaraq, bu ilin oktyabr ayında həmin ay üçün anomal sayılan hadisə baş verib.

Aktual.az  bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov Trend-ə deyib ki, bu il oktyabr ayında Aran rayonlarına qarın yağması 1972-ci ildən sonra ilk olub. 1972-ci ilin oktyabr ayında İmişlidə qarın yağması qeydə alınıb.

Oktyabrda Aran rayonlarına qarın yağmasını anomal hadisə sayan M.Həsənov əlavə edib ki, Azərbaycanda bu ayda yalnız dəniz səviyyəsindən 2000 metr yüksək olan ərazilərə qar yağıb: "Lakin bu il oktyabrda dağətəyi rayonlarda da qar müşahidə edilib. Hətta bir qədər Aran rayonlarına da qar yağdı. Bu, özü böyük anomallıqdır. Oktyabrda ölkə ərazisinə düşən yağıntının miqdarı da normadan çox olub. Oktybarda düşən atmosfer yağıntılarının miqdarı da oktyabr ayı üçün anomal olub".

M.Həsənov qeyd edib ki, baş verən bu anomallıqların səbəbi iqlim dəyişmələri, Azərbaycana qərb və şimal-qərbdən hava kütlələrinin daha çox daxil olması və ölkə ərazisində bir neçə gün hakim olmasıdır: "Düzdür, belə hava kütlələri payız və qışda ərazimizə daxil olur. Lakin bu il həmin hava kütlələri ökə ərazisində dayanıqlı şəkildə hərəkət etdi. Həmin hava kütlələrinin dayanıqlı olmasının səbəbi isə atmosfer təzyiqi ilə bağlıdır. Təzyiq qurşaqları bir qədər az dəyişdi. Ərazimizdə alçaq təzyiq bir neçə gün müşahidə olundu. Alçaq təzyiqli hava olan ərazilərə yüksək təzyiqli hava kütlələri daxil olur. Buna görə də ərazimizə şimal-qərb və qərb istiqamətdən hava kütlələri daha çox daxil oldu. Bu, Azərbaycanda əvvəllər o qədər də müşahidə edilən hal deyil".
 
Aktual.az 
Xəbər 2976 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR