Azərbaycanda şok hadisə: Əmisiqızını zorlamağa cəhd etdi, sonra öldürdü - (EKSKLÜZİV FOTO)

Azərbaycanda şok hadisə: Əmisiqızını zorlamağa cəhd etdi, sonra öldürdü - (EKSKLÜZİV FOTO)

Bakı Apellyasiya Məhkəməsində Kürdəmir rayon sakini Asim Ağamalıyevın CM-nin 29,149-(zorlamaya cəhd) və 120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar qəsdən adam öldürmə) maddələri ilə məhkəmə prosesi başlayıb.

Aktual.az xəbər verir ki, 2014-cü il noyabrın 21-də DİN-i məlumat yayıb ki, ayın 20-də Kürdəmir rayon sakini Afaq Şükürova 
Biləcəri qəsəbəsində yerləşən "Vulkan” otelinin hamam otağında özünü asaraq, intihar edib. Lakin bir neçə gündən sonra qadının ölümü ilə bağlı növbəti məlumat yayılıb. Bildirilib ki, otelin hamam otağında A.Şükürovanın meyitinin tapılması ilə əlaqədar  Binəqədi rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Belə ki, iş üzrə təyin edilən məhkəmə-tibbi ekspertizasının rəyində göstərilib ki, qadının boyununda strandulyasiya şırımı aşkar edilib və onun ölümünə mexaniki asfiksiya səbəb olub. 

Binəqədi RPİ 6-cı polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mərhumun qohumu Asim Ağamalıyevı saxlayıblar. İstintaqın gedişatında məlum olub ki, Afaq Şükürova Sumqayıt şəhərində ərdə ola-ola iki övladını ataraq Asim Ağamalıyevə qoşulub qaçıb. Həmin gün onlar arasında oteldə mübahisə baş verib

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına  məhkum olunub. 

Hökmdən apellyasiya şikayətləri verilib. 

Bakı Apellyasiya Məhkəməsinin qərarı barədə məlumat veriləcək. 





Xəbər 5614 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR