Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) sığorta bazarının maliyyə dayanıqlığının artırılması və istehlakçıların hüquqların qorunması istiqamətində yoxlamalar və monitorinqlər həyata keçirməkdə davam edir.
Palatadan verilən məlumata görə, MBNP özünün mandatı çərçivəsində "Odlar Yurdu Sığorta Brokeri" MMC tərəfindən sığorta qanunvericiliyinin tələblərinə əməl olunmasının müəyyənləşdirilməsi məqsədilə yoxlama tədbirləri həyata keçirib. Yoxlama nəticəsində sözügedən cəmiyyətdə müqavilələrin rəsmiləşdirilməsi zamanı qanunvericilik tələblərinə riayət edilməməsi, icbari sığorta müqavilələrinin qanunazidd olaraq endirimlə istehlakçılara təqdim edilməsi, o cümlədən istehlakçılar qarşısındakı vəzifələrin tam icra olunmaması və digər nöqsanlara yol verilməsi faktları aşkar edilib.
Aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə MBNP tərəfindən "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq müvafiq tələblər formalaşdırılmış və "Odlar Yurdu Sığorta Brokeri" MMC-yə təqdim edilib. (Trend)
Xəbər 433 dəfə oxunub.