Şirvan şəhərində güclü partlayışla müşayiət olunan yanğın baş verib.
Yerli sakinlərin bildirdiyinə görə, Müdafiə Sənayesi Nazirliyinin "Araz" zavodunda dəhşətli partlayış olub.
Deyilənə görə bu zavodda silah-sursat istehsal olunur.
Sakinlərin bildirdiyinə görə, hazırda partlayış baş verən əraziyə yaxın düşmək mümkün deyil.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Xatırladaq ki, ötən il iyul ayının 6-da Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən "Telemexanika" zavodunda 1 nəfərin ölümü, 11 nəfərin yaralanması ilə nəticələnən partlayış baş vermişdi.
Partlayış baş verən hər iki zavod hərbi təyinatlıdır. //Musavat.com