Azərbaycanda seysmoloji aktivlik azalıb

Azərbaycanda seysmoloji aktivlik azalıb

"2015-ci illə müqayisədə 2016-cı ildə Azərbaycanda seysmoloji aktivlik azalıb".

Aktual.az  xəbər verir ki, bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, ötən illə müqayisədə 2015-ci ildə seysmoloji aktivlik bir qədər artıq olub: "2015-ci ildə maqnitudası 5 olan zəlzələlər həm dənizdə, həm quruda baş verib. Ötən il İmişlidəki zəlzələdən başqa, yerdə qalan zəlzələlər zəif təkanlar idi. 2015-ci il daha aktiv il olub".
 
Q. Yetirmişli qeyd edib ki, Şamaxı-İsmayıllı, şimal-qərb, Xəzər və Talış seysmik zonaları ümumilikdə aktiv olub, Orta Kür zonasında isə ciddi aktivlik olmayıb.
 
Aktual.az 
Xəbər 472 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR