Azərbaycanda şəxsi dini təhsilə məcbur edənlər 5 ilədək həbs ediləcəklər

Azərbaycanda şəxsi dini təhsilə məcbur edənlər 5 ilədək həbs ediləcəklər

Azərbaycanda dini fanatizm və radikalizm zəminində məcburi dini etiqada, dini mərasim keçirməyə, dini cərəyana qoşulmağa, dini təhsil almağa vadar etməyə görə sərt cəzalar tətbiq olunur.

Aktual.az  APA-ya istinadən xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə yeni, 167-1.4 maddəsinin əlavə edilməsi təklif olunur.
 
Təklif olunan maddəyə əsasən, dini düşmənçilik, radikalizm və ya fanatizm zəminində şəxsi hər hansı dinə (dini cərəyana) etiqad etməyə, o cümlədən dini ayin və mərasimləri yerinə yetirməyə, dini ayin və mərasimlərdə iştirak etməyə, habelə dini təhsil almağa məcbur edən şəxslər 7000 manatdan 9000 manata qədər cərimələnəcək və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum ediləcəklər.
 
Layihə Milli Məclisə təqdim olunub. 

Xəbər 259 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR