Azərbaycanda şəriət bankları açılacaq

Azərbaycanda şəriət bankları açılacaq

Azərbaycanda planlaşdırılan islam bankçılığı "pəncərələri” banklar üçün yeni gəlir mənbələri yaradacaq.
Aktual.az Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə "Moody’s" beynəlxalq reytinq agentliyi məlumat yayıb.
Agentliyin hesabatına görə, Azərbaycan Mərkəzi Bankı 2026-cı ildən etibarən islam bankçılığı məhsullarının tətbiqinə başlanılacağını açıqlayıb.
Xəbərdə qeyd olunur ki, ölkədə islam maliyyəsinin inkişafı üçün əlavə tənzimləyici tədbirlər görülməsi, o cümlədən Mülki Məcəlləyə, "Banklar haqqında” qanuna və Vergi Məcəlləsinə dəyişikliklərin edilməsi nəzərdə tutulub.
Əsas təkliflərdən biri isə islam maliyyə əməliyyatlarının ƏDV-dən azad edilməsidir.
Xəbər 38 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR