Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 47,3 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1% az sənaye məhsulu istehsal edib.
Aktual.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
9 ayda neft-qaz sektorunda məhsul istehsalı 1,9% azalıb, qeyri neft-qaz sektorunda isə 4,8% artıb.
Sənaye məhsulunun 60,9%-i mədənçıxarma sektorunda, 32,7%-i emal sektorunda, 5,4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,0%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,6% azalıb, əmtəəlik qaz hasilatı isə 2,8% artıb.
Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 96,8%, ağacın emalı və ağacdan məmulatların istehsalı 59,2%, toxuculuq sənayesi məhsullarının istehsalı 27,6%, qida məhsullarının istehsalı 10,5%, rezin və plastik kütlə məmulatlarının istehsalı 9,7%, tütün məmulatlarının istehsalı 9,5%, maşın və avadanlıqların istehsalı 6,5%, kimya sənayesi məhsullarının istehsalı 5,6%, neft məhsullarının istehsalı 0,4% artıb, içkilərin istehsalı 3,0%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 5,7%, tikinti materiallarının istehsalı 6,3%, mebel istehsalı 6,8%, hazır metal məmulatlarının istehsalı 8,7%, metallurgiya sənayesi məhsullarının istehsalı 11,7%, geyim istehsalı 13,6%, elektrik avadanlıqlarının istehsalı 14,4%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 20,1%, poliqrafiya məhsullarının istehsalı 22,3%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 24,9%, kompüter, elektron və optik məhsulların istehsalı 26,7%, kağız və karton istehsalı 26,8% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,6%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 2,8% artıb.
Xəbər 53 dəfə oxunub.