Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2026-cı ilin yanvar ayında 4,7 milyard manatlıq və ya əvvəlki ilin yanvar ayı ilə müqayisədə 2,5% çox sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsindən
Aktual.az-a verilən məlumata görə, neft-qaz sektorunda məhsul istehsalı 1,4 faiz, qeyri neft-qaz sektorunda isə 8,7% artıb.
Sənaye məhsulunun 56,4 faizi mədənçıxarma sektorunda, 35,2%-i emal sektorunda, 7,4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Məlumata görə, hesabat dövründə mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 2,3 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 8,7 faiz artıb.
Xəbər 43 dəfə oxunub.