"Azərbaycanda seçki prosesi demokratik şəraitdə keçir".
Aktual.az-ın Trendə istinadən məlumatına görə, bunu Seçki-2015.az saytına müsahibəsində Rusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib.
İlk növbədə, Azərbaycan-Rusiya münasibətlərini yüksək qiymətləndirən V.Jirinovski ölkəmizdə Milli Məclisə keçiriləcək seçkilərdən danışıb: “Əminik ki, Azərbaycanda parlament seçkilərində hakim Yeni Azərbaycan Partiyası qələbə qazanacaq. Seçki prosesinin demokratik şəraitdə keçdiyini müşahidə edirik. Bunu namizədlərin say çoxluğu da təsdiq edir”.
Aktual.az