"Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi (İB) və "Aztelekom" MMC Azərbaycanda parlament seçkilərinin keçiriləcəyi seçki məntəqələrində veb-kameraların quraşdırılması üzrə texniki işləri yekunlaşdırıb.
Azərbaycanın rayonlarında, eləcə də Naxçıvan Muxtar Respublikasında mindən çox seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Bakının seçki dairələrindəki məntəqələrdə 294 veb-kamera quraşdırılıb.
Hazırda sınaq işləri aparılır. Videogörüntünün ötürülməsi üçün optik rabitə xətlərindən istifadə olunacaq.
Səsvermənin gedişi onlayn rejimdə əlçatan olacaq ki, bu da seçicilərə seçki məntəqələrindən daxil olan nəticələri interaktiv izləməyə fürsət verəcək.
Parlament seçkilərinin keçiriləcəyi seçki məntəqələri etibarlı telefon rabitəsi və internet şəbəkəsinə çıxışla da təmin ediləcəklər.\trend