Rusiya Mərkəzi Seçki Komissiyasının rəhbəri Azərbaycanın regionlarında parlament seçkilərinin gedişini izləyir.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfirliyi xəbər yayıb.
“Çurovun sözlərinə görə, Şamaxı rayonunda hava şəraitinin pis olması və qar yağmasına baxmayaraq saat 10-a olan məlumata görə, bu məntəqələrdə seçici fəallığı 13 faiz olub”, - deyə səfirlikdən bildirib.
Şamaxı rayonundan sonra Çurov İsmayıllı rayonuna yollanıb və orada seçkilərin gedişini izləyəcək.