Azərbaycanda sağlam doğuşla əlaqədar həkimlərə bonuslar veriləcək

Azərbaycanda sağlam doğuşla əlaqədar həkimlərə bonuslar veriləcək

Tibbi xidmətlərin çeşidinin artırılması ilə bağlı işlər gedir.
Aktual.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında "İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda ictimai dinləmədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri İsa Əliyev deyib.
İsa Əliyev bildirib ki, məqsəd bu gün xidmətlər zərfində olan 35 ilkin tibbi xidməti yaxın 5 ildə 150-yə çatdırmaqdır: "Bərdədə tətbiq olunan pilot layihədə bu xidmətlərin sayı 83-ə çatdırılacaq. Ana-uşaq sağlamlığı bizim üçün prioritetdir. Bunun üçün həkimlərə motivasiya verilməsi düşünülür. Hamilə qadınların qeydiyyatı, sağlam doğuşunun həyata keçirilməsi üçün həkimlərə bonuslar veriləcək. Bu da həkimləri stimullaşdırılacaq”.


Xəbər 66 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR