Azərbaycanda şadlıq evində müğənni üstündə QANLI DAVA

Azərbaycanda şadlıq evində müğənni üstündə QANLI DAVA

Füzuli rayonunda toyda dava-dalaş olub.

Aktual.az xəbər verir ki, rayonun Bala Bəhmənli kəndində yerləşən "Elmin" şadlıq sarayında keçirilən toy mərasimində qonaq olan Quliyev Vüsal Tapdıq oğlu ilə həmyerlisi Abdullayev Elvin Səməd oğlu arasında münaqişə yaranıb.
Bu zaman Vüsal Elvini şadlıq sarayının salonundan çölə çıxarıb. O, Elvin Abdullayevi kəllə ilə vurandan sonra yerdən götürdüyü daşlarla ona xəsarətlər yetirib. E.Abdullayevə rayon xəstəxanasında tibbi yardım göstərilib.
İlkin araşdırmalar zamanı məlum olub ki, Vüsal Quliyevin bibisi oğlu müğənniliklə məşğuldur və şadlıq sarayının adminstratoru olan Elvin onu müğənnilik etməkdən kənarlaşdırıb. Bu səbəbdən də onlar arasında münaqişə yaranıb. (publika.az)
Xəbər 443 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR