Ötən ay Azərbaycan dünyada sabit genişzolaqlı internetin orta sürətinə (86,15 Mbps) görə oktyabr ayına nisbətən 1 pillə geriləyərək 154 ölkə arasında 85-ci olub.
Aktual.az "Ookla" şirkətinin "Speedtest Global Index" hesabatına istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü (62,69 Mbps) ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 37,4 % artıb.
Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (407,05 Mbps), axırıncı yeri isə Suriya (3,63 Mbps) tutub.
Azərbaycan noyabrda mobil internetin sürətinə görə isə oktyabr ayına nisbətən 1 pillə irəliləyərək 83,37 Mbps sürətlə 103 ölkə arasında 52-ci olub.
Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (672,68 Mbps), sonuncu yeri isə Boliviya (14,35 Mbps) tutub.
Noyabrda Bakının sabit genişzolaqlı internetin sürətinə görə mövqeyi əvvəlki aya nisbətən 1 pillə irəliləyərək 200 şəhər arasında 85,88 Mbps sürətlə 115-ci yerdə qərarlaşıb.
Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqində Çilinin Valparaiso (415,37 Mbps) şəhəri birinci pillədə. Sonuncu pilləni Hələb (2,85 Mbps) tutub.
Bakı ötən ay mobil internetin sürətinə görə isə əvvəlki aya nisbətən 1 pillə geriləyərək 104,70 Mbps sürətlə 150 şəhər arasında 80-ci olub.
Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Əbu-Dabi (773,59 Mbps), sonuncu yeri La Pas (Boliviya) (10,24 Mbps) tutub.
Xəbər 62 dəfə oxunub.