Azərbaycanda rus bölməsində təhsil alan şagirdlərin əhatə dairəsi əvvəllər 6%-dən bir az yuxarı idisə, hazırda bu rəqəm 14-15%-ə çatıb.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov bu gün jurnalistlərə açıqlamasında deyib.
Azərbaycanda valideynlərin rus bölməsinə marağının əvvəlki illərə nisbətən artdığını deyən A.Əhmədov qeyd edib ki, valideyn məktəb və tədris dilini seçməkdə azaddır: "Lakin məktəblərdə rus bölməsi yalnız buna imkanı olan məktəblərdə açılır. Rus bölməsinin təşkili üçün hər bir məktəbə fərdi qaydada baxmaq lazımdır. O yerdə rus bölməsi açılır ki, orada imkan var. İmkan olmayan yerdə bölməni açmaq mümkün deyil”.