Hacıqabulda restoranların birində ölüm hadisəsi qeydə alınıb.
Aktual.az report-a istinadən xəbər verir ki, hadisə bu gün Hacıqabul rayonunun Nəvahi ərazisində fəaliyyət göstərən “Nur” restoranında baş verib.
Belə ki, restoranda olan Bakı şəhəri, Sahil qəsəbəsinin sakini, 34 yaşlı Rüfət Əliyar oğlu Əsədullayev qəfildən dünyasını dəyişib. Onun dostu əslən Cəlilabadın Uzuntəpə kəndindən olan, hazırda Sahil qəsəbəsində yaşayan, 40 yaşlı Xanmurad Rəşid oğlu Nüsrətovun vəziyyəti isə kəskin ağırlaşıb.
Təcili tibbi yardım maşını ilə ölən şəxsin meyiti Şirvandakı morqa, vəziyyəti ağır olan xəstə isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisənin başvermə səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Aktual.az