Azərbaycanda “qış transfer pəncərəsi” rəsmən açılıb

Azərbaycanda “qış transfer pəncərəsi” rəsmən açılıb
  • İDMAN

 Bu gün Azərbaycanda "qış transfer pəncərəsi” rəsmən açılıb. 

"Report" xəbər verir ki, Premyer Liqa klubları artıq əldə ətdikləri futbolçuları Peşəkar Futbol Liqasına (PFL) təqdim edə bilərlər. 
"Transfer pəncərəsi" fevralın 8-də yekunlaşacaq. Buna baxmayaraq, komandalar fəaliyyətə başlayıb və bir sıra oyunçuların keçidini rəsmiləşdiriblər.
Hazırda Premyer Liqa klubları 19 futbolçunun keçidini reallaşdırıb. Transferlərdə daha çox yerli bazara üstünlük verilib. Yalnız "Qəbələ", "Keşlə", "Qarabağ" və "Neftçi" ölkə xaricindən heyətinə oyunçu cəlb edib.     
İndiyədək reallaşan transferlər bunlardır:  
"Neftçi”: Mamadu Mbodj ("Jalgiris", Litva), Mamadu Kane ("Kalum", Qvineya), Turan Vəlizadə ("Neftçi"), Aqil Məmmədov ("Qəbələ")
"Qarabağ”: Reynaldo Silva ("Aktobe", Qazaxıstan), Hacıağa Hacılı ("Qəbələ")
"Səbail": Elvin Yunuszadə ("Sabah")
"Sabah”: Rəşad Eyubov ("Neftçi"), Təmkin Xəlilzadə ("Qəbələ")
"Qəbələ”: Anar Nəzirov ("Zirə"), Davit Volkovi ("Saburtalo", Gürcüstan)
"Sumqayıt": Rəşad Əzizli ("Neftçi"), Adil Nağıyev ("Zirə"), Aydın Bayramov ("Sabah")
"Keşlə”: Vüsal İsgəndərli ("Zirə"), Con Kamara ("Kaysar", Qazaxıstan), Emin Mehtiyev ("Keşlə")
"Zirə”: Bəxtiyar Həsənalızadə ("Sumqayıt"), Orxan Sadıqlı ("Keşlə")
Xəbər 487 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR