Azərbaycanda qida məhsulları ilə bağlı yeni nişan hazırlanır

Azərbaycanda qida məhsulları ilə bağlı yeni nişan hazırlanır

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi "Təbii bal. Texniki şərtlər" (AZS 849-2015) və "Qida məhsulları. "GMO yoxdur" nişanı ilə markalanma qaydaları. Əsas müddəalar" (AZS 855-2015) adlı standart layihələr hazırlayıb.
Aktual.az Report-a istinadən bildirir ki, Dövlət Komitəsi bunu 2015-ci ildə görülən işlərə dair Hesabatında qeyd edib.

Sənəddə deyilir ki, bununla yanaşı, "Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı, markalanması və satışı. Rəhbəredici tələblər" (AZS 850-2015), "Brendi (Konyak). Ümumi texniki şərtlər" (AZS 851-2015), "Tünd alkoqollu içkilər. Ümumi texniki şərtlər" (AZS 852-2015), "Pasterizə və ultrapasterizə (UYT) edilmiş qaymaq. Ümumi texniki şərtlər" (AZS 286-2015) standart layihələri də hazırlanıb və hazırda ekspertiza mərhələsindədir.
Bundan başqa, müasir tələblərə uyğunlaşdırılması məqsədilə "Kəsmik. Ümumi texniki şərtlər" (AZS 089-2003), "Qatıq. Ümumi texniki şərtlər" (AZS 092-2003), "Xama. Ümumi texniki şərtlər" (AZS 121-2004) və "Halal məhsulların sertifikatlaşdırma qaydaları" (AZS 757-2014) dövlət standartlarına müvafiq dəyişikliklər edilib.

Xəbər 434 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR