“Verilişlər yığışdırılıb”.
Azərbaycan televiziyalarında insanları güldürmək məqsədilə yayımlanan və "qara yumor"dan istifadə olunan verilişlər yığışdırılıb.
Aktual.az "Report"a istinadən xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının şöbə müdiri Təvəkkül Dadaşov deyib.
O bildirib ki, "qara yumor" vasitəsilə tamaşaçıda gülüş yaratmağa çalışan "Bu da bu", "Komedi.az" kimi verilişlər dayandırılıb.
Şöbə müdirinin sözlərinə görə, hazırda telekanalların efirində Azərbaycan tamaşaçısının mənəvi dəyərlərinə zidd olan, hansısa xarici kanalda yayımlanan verilişləri olduğu kimi təqlid edən proqramlar yayımlanmır.