"Azərbaycanda son 6 ildə qan tədarükü 4 dəfə artıb".
Aktual.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasında bu gün keçirilən Bakıda ilk dəfə olaraq elektron tibbin multidissiplinar problemlərinə həsr olunmuş elmi-praktik konfransda səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
Nazir müavini deyib ki, 6 il əvvəl Azərbaycanda il ərzində 7,5 ton qan tədarük edilirdi: "İndi isə bu rəqəm 30 tondan artıqdır".