“Azərbaycanda qadınların intiharları azalır”

“Azərbaycanda qadınların intiharları azalır”

"Statistikaya baxılsa, Azərbaycanda qadınların intiharında azalma var”.

Bunu APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.

B. Muradova deyib ki, region və dünya ölkələri ilə müqayisəli baxılsa, Azərbaycan bu sahədə yaxşı vəziyyətdədir: "Əlbəttə, bir intiharın özü belə cəmiyyət üçün qəbuledilməz olmalıdır. İntiharların müxtəlif - sosial, mənəvi, psixoloji və digər səbəbləri olur. İntihar hər şeydən əvvəl psixoloji səbəblə əlaqədar olur, fərdi haldır. Hər kəsin immuniteti bu və digər problemin qarşısında eyni gücdə ola bilmir, yaxud səbəblər müxtəlif olur. Buna ilk növbədə psixoloji problem kimi yanaşmaq lazımdır. Geniş miqyaslı araşdırmalar, hay-küylü müzakirələr belə halları daha da təşfiq edir. Ona görə də belə hallara qarşı xüsusi qaydalara əməl etməklə müzakirə aparmaq lazımdır. Bəziləri düşünür ki, haradasa belə hal baş veribsə, dövlət orqanlarının nümayəndələri çıxaraq bunu açıq şəkildə bəyan etməli, münasibətlərini publik bir şəkildə bildirməlidirlər. Mübarizənin spesifik xüsusiyyətləri var ki, bunu nəzərə almaq lazımdır. Bəzən cəmiyyətin belə hallara reaksiyası adekvat olmur. Amma istənilən halda bu problemi aradan qaldırmaq üçün biz səylərimizi birləşdirməliyik. Bu, təkcə bir qurumun, bir ailənin problemi deyil, cəmiyyətin və dövlətin problemidir”.
Xəbər 621 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR