Onların böyük bir hissəsi Bakıdadır.
Azərbaycanda sahibkarlıqla məşğul olan fərdi sahibkarların 80,3%-ni kişilər, 19,7%-ni isə qadınlar təşkil edir.
Aktual.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin ötən ilin yanvar-dekabr ayları üzrə açıqladığı hesabatda bildirilib.
Qadınlar “Digər sahələrdə xidmətlərin göstərilməsi” fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 29,1%-ni, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”da 22,5%-ni, “Ticarət; nəqliyyat vasitələrinin təmiri” fəaliyyət sahəsində isə 20,6%-ni təşkil edir.
Sahibkar qadınların 38,3%-i Bakıda, 16,5%-i Aran, 15,3%-i Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçiblər. Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Bakıda (22,4%), Gəncə-Qazax (23,5%) və Şəki-Zaqatala (21,2%) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.