Azərbaycanda Psixologiya və Nitq İnkişaf Mərkəzi fəaliyyətə başladı

Azərbaycanda Psixologiya və Nitq İnkişaf Mərkəzi fəaliyyətə başladı

Sentyabrın 12-də Azərbaycanda Psixologiya və Nitq İnkişaf Mərkəzi (PMİN) fəaliyyətə başlayıb. 

Yeni mərkəzin yaradıcıları Esmira Şakirqızı və Vəfa Rəşidovadır. Mərkəzin rəhbəri Esmira Şakirqızı psixoloji problemlərdən əziyyət çəkən hər kəsi bu məkana müraciət etməyə çağırır. Mərkəzdə təklif edilən bütün psixoloji-tibbi xidmətlər simtoloq-loqoped Esmira Şakirqızı və psixoloq Vəfa Rəşidova tərəfindən ortaq olaraq hazırlanıb. Esmira Şakirqızının sözlərinə görə, Mərkəzin fəaliyyət göstərməsinin əsas məqsədi Azərbaycanda qüsursuz nitq və sağlam psixoloji durumları yerində olmaq istəyən, nitqi qüsurlu uşaqların, müalicə olunmasıdır. Esmira Şakirqızı açıqlamasında bildirib ki, mərkəzdə autizmdən əziyyət çəkən uşaqlar üçün onların ailələri ilə birlikdə mütəmadi və qrup şəklində oyunlar həyata keçiriləcək. "Mərkəzimizə uşaqlar gəlir və 2-3 saat ərzində onlara tam baxım dərsləri verilir. Həmçinin bizim mərkəzdə kəkələmə proqramı Türkiyənin xüsusi kəkələmə uzmanı Ali Aktekin tərəfindən aparılacaq. Mərkəzimizdə xüsusi kəkələmə şöbəsi fəaliyyət göstərəcək. Həftənin müəyyən günləri kəkələmə ilə bağlı konsultasiyalar aparılacaq. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Azərbaycanda ilk dəfə olaraq kəkələməyə son bizim mərkəzdə qoyulacaq. Bu işdə Ali Aktekinlə birlikdə çalışacayıq. Bizim mərkəzdə breyd-meyker yəni, nəfəsin tənzimlənməsi, autizmlər üçün müxtəlif masajlar korreksiya masajları, loqopedik masajlar təklif edilir. Azərbaycanda insult və işemoiya xəstələri ilə çalışan mərkəzlərdən də, biriyik. Həmin xəstələrlə çalışan loqoped mənəm. İnsult olan xəstələr sonradan nitqlərini itirirlər. Biz onların nitqlərini korreksiya edirik. Mən, psixoloq Vəfa Rəşidova ilə birlikdə psixoloji məsələləri bütün çatışmazlıqları korreksiya edirik, bu problemləri aradan qaldırırıq. Məhz buna görə də, Mərkəzimizə Psixologiya və Nitq İnkişaf Mərkəzi adını vermişik. Çünki bir insanın psixologiyasında problem varsa, onun həyatında bir çox şeylər itəcək. Həmçinin, mərkəzimizdə qadınların depressiyaya düşməsi, qadınlarda cinsi istəksizliklər və belə xüsusi vəziyyətlərin aradan qaldırılmasına xidmət edən psixoloji kömək həyata keçirilir. Mərkəzimizdə bu yaxınlarda refleksoloji kurs təşkil edilib. Türkiyənin tanınmış mütəxəssisi Esat Başarandan təhsil almışam. Refleksoloq kimi bir çox xəstəliklərdən əziyyət çəkən insanlara xidmət göstərirəm. Sol ayağın altına masaj edilir və insana əziyyət verən bütün problemlər aradan qaldırılır. Bizim masajı alıb, gedən insanlar əminliklə deyə bilərəm ki, gün boyu özlərini yaxşı hiss edirlər. Masaj xidmətlərimizdən bir çox məşhurlar istifadə edib və çox razı qalıb." Esmira xanım mərkəzin qiymətlərindən də danışıb: "Əminliklə deyə bilərəm ki, qiymətlər hər kəsin cibinə uyğundur. Bizim mərkəzdə hədiyyə paketləri də, təklif olunur. Hədəfimiz maddiyyat deyil. Çox istəyirik ki, əhaliyə sağlam həyat tərzi bəxş edək".

Psixologiya və Nitq İnkişaf Mərkəzinin digər rəhbəri Vəfa Rəşidova açıqlamasında yeni yaradılan Mərkəzdə autizim, daun, kəkələmə,böyüklər və uşaqlar üçün psixoloji xidmətlər, nitqi qüsurlu uşaqlar, xüsusilə nitqi inkişafın ləngiməsi, psixoloji panit atakların aradan qaldırılması xidmətləri göstərildiyini deyib: "Psixologiya və Nitq İnkişaf Mərkəzində sanray proqramı var. Amerikada belə mərkəz var. Bunun təhsilini almış adamlar olaraq deyə bilərəm ki, bizim proqram Azərbaycanda təkcə bu mərkəzdə, qüsursuz nitq şöbəsində fəaliyyət göstərəcək. Mərkəzimizdə loqopedik xidmətlər olduğu kimi, psixoloji xidmətlər də var. Bizim Mərkəzdə uşaq, yeniyetmə psixologiyası, gənclər üçün konsultativ seanslar, ailə terapiyaları keçiriləcək. Depressiyadan, obsessiv kompulsiv pozuntudan yəni nevrozdan əziyyət çəkən insanlar, eynizamanda yeniyetməlik yaş böhranı problemlərini yaşayan insanlar mərkəzimizə müraciət edə bilərlər. Həmçinin uşaq psixologiyası ilə bağlı problemləri olanlar Mərkəzimizə müraciət edə bilərlər. Mərkəzimizdə yeni Psixologiya Akademiyası açılıb. Psixologiya Akademiyasının yaradılmasında məqsəd gənclərə dəstək olmaqdır. Burada könüllü işçilər də, çalışaşacaq. Həmçinin, seminarlar, konfranslar təşkil ediləcək. Psixologiya haqqında məlumat almaq istəyənlər bizim mərkəzdən yararlana biləcək. Bu yaxınlarda Türkiyənin tanınmış psixoloqu, qadın psixologiyası üzrə mütəxəssis Ahmet Tuğrul Dəmir mərkəzimizdə qonaq olacaq və bütün xanımlar bura üz tuta bilər. Türkiyəli mütəxəssis Bakıda 3 gün qonaq olacaq".

Xəbər 6711 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR