Azərbaycanda problemli kreditlərin məbləği 20 % azalıb

Azərbaycanda problemli kreditlərin məbləği 20 % azalıb

Bu il aprelin 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 470,8 milyon manat təşkil edib.
Aktual.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, martın 1-i ilə müqayisədə 0,35 % çoxdur.
Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 7,5 % artıb, son 1 ildə isə 20,3 % azalıb.
Martın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,9 % təşkil edib. Bu nisbət fevralın sonuna da 1,9 %, ötən il dekabrın sonuna 1,8 %, ötən il martın sonuna isə 2,9 % olub.

Xəbər 536 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR