Azərbaycanda partlamamış hərbi sursat zərərsizləşdirildi – FOTO

Azərbaycanda partlamamış hərbi sursat zərərsizləşdirildi   – FOTO

ANAMA məlumat yayıb.

2016-cı ilin fevral ayı ərzində 2,378,908 m2 ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Bildirilir ki, 80 ədəd PHS və 1 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 507 nəfər əməliyyat heyəti və 125 nəfər inzibati heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 39 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 318,680,964 m2 ərazi təmizlənmişdir. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 715,603-dür.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Füzuli, Gəncə, Goranboy, Tərtər, Tovuz, Samux, Şəmkir və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində davam etdirilir.

2016-cı ilin fevral ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

Xəbər 345 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR