Ucar rayonunda orta məktəbdə ölüm hadisəsi baş verib.
Aktual.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ucar şəhərinin 2 saylı tam orta məktəbində qeydə alınıb.
Məktəbdə laborant kimi çalışan Ucar rayon sakini, 1951-ci il təvəllüdlü Zeynəb Əjdər qızı Müslümovanın məktəbdə qəflətən halı pisləşib. Məktəbə təcili tibbi yardım briqadası çağırılsa da, həkimlər gələnə kimi Z.Müslümova dünyasını dəyişib.
Onun ürək tutmasından öldüyü ehtimal edilir. Fakt araşdırılır.
Aktual.az
Xəbər 442 dəfə oxunub.