Bu ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2015-ci ilin müvafiq dövrünə nisbətən 7,8% artaraq 487,5 manat təşkil edib.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əmək haqqı neft sektorunda 2 831,8 manat, qeyri-neft sektorunda 431,1 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 364,7 manat, özəl müəssisələrdə çalışan işçilərin əmək haqları isə 667,2 manat olub.
Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, tikinti, informasiya və rabitə, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.
Xəbər 1028 dəfə oxunub.