2016-cı ilin ilk 5 ayında Azərbaycanda həyata keçirilən orqan transplantasiyalarının sayı açıqlanıb.
Bu haqda Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi məlumat verib.
Onun sözlərinə görə, il başlayandan bəri 8 qaraciyər , 29 böyrək transplantasiyası həyata keçirilib.
M.Kazımi bildirib ki, qaraciyər transpalntasiyası etdirənlərdən 2-si uşaq, 6-sı isə böyüklər olub.
“Böyrək transpalantasiyası etdirənlərdə isə bu gödstərici müvafiq olaraq 2 uşaq və 27 böyükdən ibarət olub”.
Əməliyyat qiymətlərinə gəlincə, həkim orqan transplantasiyasında qiymət dəyişikliyi baş vermədiyini qeyd edib:
“Xəstəxananın rəsmi qiymətinə uyğun olaraq böyrək əməliyyatı 12 min, qaraciyər əməliyyatı isə 45 min manata həyata keçirilir”. (Modern.az)
Xəbər 422 dəfə oxunub.