1997-ci ildə doğulanlar əsgərliyə gedirlər.
Azərbaycanda növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb.
Azərbaycan Prezidenti İlham Əliyevin 2 sentyabr tarixli sərəncamına əsasən, hərbi çağırış oktyabr ayının 1-dən 31-dək davam edəcək.
Həmçinin, hərbi xidmətini başa vurmuş müddətli həqiqi hərbi xidmət qulluqçuları bu gündən etibarən ordudan tərxis olunmağa başlayacaqlar.
Orduya 1997-ci ildə doğulmuş və oktyabrın 1-dək 18 yaşı tamam olan, habelə 1980-1996-cı illərdə doğulmuş, yaşı 35-dək olan şəxslər çağırılır.
Qeyd edək ki, sentyabrın 30-dan etibarən çağırışçılara müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi elektron xidməti aktivləşib.
Belə ki, 2015-ci ilin oktyabr çağırışına cəlb edilən çağırışçılar sentyabrın 30-dan etibarən təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsiyyət vəsiqələrinin seriya nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə öyrənə bilərlər.
Aktual.az