Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) özəlləşdirmənin yeni portalının (privatization.az) təqdimatını keçirib.
Aktual.az Trend-ə istinadən bildirir ki, ƏMDK-nın sədr müavini Rafiq Cəlilov deyib ki, portal özəlləşdirmə prosesini xeyli yüngülləşdirməyə, bu sahədə şəffaflığa nail olmağa imkan verəcək.
Onun sözlərinə görə, portalda özəlləşdirməyə çıxarılmış obyektlər barədə bütün informasiya təqdim olunacaq: "Portal onlayn hərraclarda iştirak etməyə də imkan yaradacaq.
Komitənin Strateji planlaşdırma, innovasiyalar, monitorinq və təhlil şöbəsinin müdiri Şamil Şirinov qeyd edib ki, yeni portal xarici şirkətlərə də özəlləşdirmədə fəal iştirak etməyə imkan verəcək:
"Portal Azərbaycan və ingilis dillərində hazırlanıb. Bundan başqa, xarici sərmayədarlar üçün portalda "Why Azerbaijan" adlı xüsusi bölmə var. Bu bölmə əcnəbi sərmayədarlara ölkəmizə nə üçün sərmayə qoymağı izah edir".