Azərbaycanda növbəti qəribə adlar: Vaqif Raul Lukas, Şəmsiyyə...

Azərbaycanda növbəti qəribə adlar:   Vaqif Raul Lukas, Şəmsiyyə...

Azərbaycanda doğulan körpələrə müasir adlarla müqayisədə ölkənin məşhur şairlərinin daşıdığı adlar daha az verilir.

Aktual.az bildiri ki, Ədliyyə Nazirliyindən report-a deyilib ki, son beş ildə doğulan uşaqlardan 480-nə Nizami, 88-nə Füzuli, 74-nə Nəsimi, 47-nə isə Məhsəti adı verilib.
Bu sırada Cavid (1434), Vaqif (1042), Mikayıl (764), Müşfiq (53), Xaqani (218), Almas (16), Şəhriyar (255), Fətəli (25), Şəms (511), Sabir (618), Əhməd (961) və s. adlar da yer alıb.

Bundan başqa, körpələrə qeyd olunan adlardan törəyən müxtəlif adlar da verilib. Belə ki, siyahıda Nizamir, Müşfiqə, Cavidxan, Cavidə, Vaqifcan, Vaqif Raul Lukas, Vaqif Mete, Arazxan, Şəmsi, Şəmsiyyə, Şəmsiyə, Şəmsurə, Sabirə, Əhmədağa, Əhmədli, Əhmədov, Əhmədiyə və s. adlar da var.  

Xəbər 782 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR