“Azərbaycanda növbəti həftələrdə günlük yoluxma 700-dən çox olacaq“

“Azərbaycanda növbəti həftələrdə günlük yoluxma 700-dən çox olacaq“

"Azərbaycanda xəstələrin vəziyyəti ötən aylarla müqayisədə daha da pisləşib".

Aktual.az-ın xəbərinə görə, bu sözləri Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm deyib.

Onun sözlərinə görə, artıq yoluxanların sayı o qədər artıb ki, reanimasiyalar doludur:
 
"Həkimlər çox pis vəziyyətdədirlər. Onların bəziləri çarəsizlikdən ağlayırlar. İnsanlar isə ağırlaşandan sonra həkimə müraciət edirlər. Bu günlərdə hər kəs özünü gözləməlidir. Hesab edirəm ki, növbəti həftələrdə günlük yoluxma 700-dən çox olacaq”.(medicina.az)
Xəbər 454 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR