Azərbaycanda neft kəmərlərində itkilərin həcmi artıb

Azərbaycanda neft kəmərlərində itkilərin həcmi artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda neft kəmərlərində 3,8 min ton itki olub, bu da illik müqayisədə 8,6% çoxdur.
Dövlət Statistika Komitəsindən Aktual.az-a verilən məlumata görə, 2024-cü ilin müvafiq dövründə respublika üzrə neft kəmərlərində itkilər 3,5 min ton təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda neft kəmərləri ilə 27 592,8 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 4,4% azdır. Nəqletmənin 74,5%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 20 569,1 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 5,1% azdır.
Xatırladaq ki, ötən il Azərbaycanda neft kəmərlərində 4,5 min ton itki olub, bu da illik müqayisədə 18,4% çoxdur.
Ötən il Azərbaycanda neft kəmərləri ilə 38 752,1 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 2,5% azdır. Nəqletmənin 76%-i BTC ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 29 470,9 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 2,4% azdır.


Xəbər 40 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR