Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Bakı Biznes Universitetinin Maliyyə kafedrasının müdiri vəzifəsindən çıxıb.
Aktual.az xəbər verir ki, bu barədə AzVision.az-a universitetdən məlumat daxil olub. Bildirilib ki, nazir müdəmadi olaraq dərslərə gələ bilmədiyi üçün kafedra müdiri vəzifəsindən öz istəyi ilə kənarlaşıb.
Hazırda Maliyyə kafedrasının yeni müdiri Vəfa Nəcəfovadır. O, yeni tədris ilindən vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, Səlim Müslümov Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziridir.