Azərbaycanda narkotiklərlə əlaqədar 43 cinayətkar qrup zərərsizləşdirilib

Azərbaycanda narkotiklərlə əlaqədar 43 cinayətkar qrup zərərsizləşdirilib

Azərbaycanda narkotiklərlə əlaqədar 2497 cinayət faktı müəyyən edilib, 43 cinayətkar qrup zərərsizləşdirilib.


Aktual.az Trend-ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, bunu nazirliyin kollegiya iclasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov deyib.

O bildirib ki, DİN tərəfindən respublikada narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərinin məqsədyönlü təşkilinə, bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsinə böyük önəm verilərək davamlı tədbirlər görülür.

Əvvəlki illərdə olduğu kimi, narkotiklərlə bağlı cinayətləri hazırlayan və törədən şəxslərin müəyyən edilib məsuliyyətə cəlb edilməsi hesabat dövründə də başlıca vəzifələrdən olub və müvafiq tədbirlər kriminogen durumun nəzarətdə saxlanılmasını, narkotiklərin ölkə ərazisində yayılması cəhdlərinin qabaqlanmasını şərtləndirib. 2015-ci ilin 9 ayında daxili işlər orqanları tərəfindən narkotiklərlə əlaqədar 2497 cinayət, o cümlədən satışı ilə bağlı 659 fakt müəyyən edilib, 115 nəfərdən ibarət 43 cinayətkar qrup zərərsizləşdirilib. Qanunsuz dövriyyədən ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,5 faiz və ya 200 kiloqram çox narkotik vasitə, o cümlədən 116,7 kq tiryək, 34,3 kq heroin, 15 kq həşiş, 547,2 kq marixuana, 18,4 kq sair vasitələr çıxarılıb. Eyni zamanda 59,4 kq narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb.

Tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyasının və yabanı halda yayılmasının profilaktikası yönümündə xüsusi əməliyyat planı üzrə keçirilmiş tədbirlərlə ümumi çəkisi 169 ton olan çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib. Nazirliyin müvafiq Kollegiya qərarına uyğun olaraq, son bir ilə yaxın müddətdə 75 şəhər, rayon polis orqanı tərəfindən orta, orta-ixtisas və ali təhsil müəssisələrində yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın gücləndirilməsi ilə bağlı 576 görüş təşkil olunub.

Xəbər 494 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR