Azərbaycanda narkotik satan 57 əcnəbi tutuldu

Azərbaycanda narkotik satan 57 əcnəbi tutuldu

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 2015-ci ildə 57 nəfər xarici ölkə vətəndaşı məsuliyyətə cəlb olunub.

Aktual.az azvision.az -a istinadən bildirir ki, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövryyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının hazırladığı "Azərbaycan Respublikasında narkotiklərə nəzarət sahəsində 2015-ci il üçün Ölkə Məruzəsi"ndə əksini tapıb.

Məsuliyyətə cəlb olunmuş 57 nəfər xarici ölkə vətəndaşlarından 65 kq-dan artıq müxtəlif növ narkotik vasitələr götürülüb. Əcnəbilərin 31 nəfəri İran İslam Respublikası, 20 nəfəri Gürcüstan, 2 nəfəri Türkiyə, 2 nəfəri Ukrayna, 1 nəfəri Rusiya Federasiyası, 1 nəfəri Türkmənistan vətəndaşı olub.

Bundan başqa, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 2015-ci il ərzində hüquq-mühafizə orqanları tərəfindən cəmi 3187 fakt aşkar edilib. Bu faktlardan 916-sı satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 2062-si satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 193-ü qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 16-sı isə digərləri olub. İl ərzində cinayət məsuliyyətinə 2587 nəfər cəlb olunub ki, onlardan 7 nəfəri 18 yaşadək, 565 nəfəri 30 yaşadək, 2015 nəfəri 30 yaşdan yuxarı, 18 nəfəri fəhlə, 7 nəfəri qulluqçu və ya maddi məsul şəxs, 2 nəfəri nəqliyyat işçisi, 2 nəfəri orta məktəb şagirdi, 2261 nəfəri işləməyənlər, 2535 nəfəri kişilər, 52 nəfəri isə qadındır.

Xəbər 490 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR