Azərbaycanda müdir müavini toydan çıxıb itkin düşdü

Azərbaycanda müdir müavini toydan çıxıb itkin düşdü

"Qaya" Mətbuat Yayımının Marketinq şöbəsinin müdir müavini itkin düşüb. 1962-ci il təvəllüdlü Fuad Həsən oğlu Hadıyev sentyabrın 19-da Nizami rayonu ərazisində yerləşən "Xudafərin" şadlıq evində düzənlənən toy məclisində iştirak edib. Məclisi tərk edəndən sonra isə yaşadığı Nəsimi rayonu, M.Qasımov küçəsi 19, mənzil 7-yə dönməyib. Yaxınları onu güman etdikləri bütün ünvanlarda axtarıblar.

Lakin F.Hadıyevi "gördüm" deyən olmayıb. Bundan sonra onun yaxınları polisə üz tutublar. Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının da axtarışları nəticə verməyib.

Milli.Az-ın məlumatına görə, "Qaya" Mətbuat Yayımı Firmasının direktoru Xanhüseyn Əliyev "Yeni Müsavat"a açıqlamasında bildirib ki, F.Hadıyevin itkin düşməsi ilə bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyinə müraciət edib: "Daxili İşlər Nazirliyinə müraciət etdik, dərhal çevik reaksiya verildi. Nizami Polis İdarəsi ilə yanaşı şəhər Polis İdarəsi də axtarışlara qoşuldu. Fuad Hadıyevin telefonu sönüb. "Təhlükəsiz Şəhər"in kameraları ilə baxdılar. Kameralardan görünür ki, o, şadlıq evindən çıxıb "Neftçilər" metrosuna qədər gəlib. Ondan sonrası haqda məlumat yoxdur. Avtobusa minib, taksiyə minib - bilinmir".

X.Əliyev deyir ki, F.Hadıyev itkin düşəndən 1 gün sonra yaxınları ilə əlaqə saxlaya bilib: "Deyə bilib ki, vəziyyəti ağırdır. Bundan sonra telefonu sönüb, yerini, harada olduğunu deyə bilməyib".

Firma direktoru əməkdaşı haqda hər hansı bir məlumatı olanlardan polisə və ya "Qaya"ya məlumat vermələrini xahiş edib: "Bizim firmaya da müraciət edə bilərlər. Bizim firma əməkdaşları da onun itkin düşdüyü ərazidə olmuşuq, axtarmışıq".

X.Əliyev əməkdaşının yeri haqda məlumat verən şəxsə mükafat verəcəyini də açıqlayıb.

// Aktual.az

Xəbər 859 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR