Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 1070,7 milyon manatlıq xidmət göstərib.
Aktual.az lent.az-a istinadən xəbər verir ki, onun da 72,2 faizi əhali tərəfindən istehlak olunub.
2015-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 9,2 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 81,3 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Xidmətlərdən əldə edilən gəlirin 50,4 faizi və ya 539,7 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.