Sənəd verənlərin 66.04%-ni ötənilki məzunlar təşkil edib.
2015-ci ildə ümumtəhsil müəssisələrinin 88 366 məzunu olub.
Aktual.az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən xəbərə görə, son on bir ildə məzunların sayı 34 742 nəfər azalıb:
“Bu meyl artıq bir neçə ildir ki, müşahidə olunur. Son on bir ildə məzunların sayı 28.22% azalıb. Bu, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edənlərin sayında da özünü göstərir. Amma ötən illə müqayisədə məzunların sayı 3488 nəfər artıb”.
Məlumata görə, 2015-ci ildə sənəd verənlərin 66.04%-ni ötənilki məzunlar təşkil edib:
“Müqayisə üçün bildirək ki, 2010-cu ildə ali təhsil müəssisələrinə sənəd verənlər arasında həmin ilin məzunlarının nisbi payı 55.63%, 2011-ci ildə 58.39, 2012-ci ildə 58.84, 2013-cü ildə 60.66 və 2014-cü ildə 64.05% olub.
Ali təhsil müəssisələrinə qəbul üçün ayrılmış yerlərin 31.24%-i I, 30.06%-i II, 24.55%-i III, 8.08%-i IV, 6.06%-i isə V qrupun payına düşür. Ötən illə müqayisədə plan yerləri I qrupda 0.67, II qrupda 4.56, III qrupda 4.13, V qrupda 5.04%-i artıb, IV qrupda isə 0.41% azalıb”.