Azərbaycanda məşhur universitet ləğv olundu - Rəsmi

Azərbaycanda məşhur universitet ləğv olundu - Rəsmi

Naxçıvan Universiteti MMC ləğv olunduğunu elan edib.
Aktual.az  xəbər verir ki, ləğvetmə elanında kreditorların iki ay ərzində tələblərini Naxçıvan şəhəri, Babək məhəlləsi ünvanına bildirmələri istənilir.
Qeyd edək ki, Naxçıvan Universiteti MMC 2 iyul 1999-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 500 manat olan universitetin qanuni təmsilçisi Anar Altay oğlu Kazımovdur.
Məlumat üçün onu da bildirək ki, "Naxçıvan” Universitetinin təsisçisi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbov olub. Ötən ilin əvvəlində "Naxçıvan” Universitetinin təsisçisi dəyişib və universitetə yeni rektor təyin olunub.
Xəbər 158 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR